ABŞ Prezidenti Donald Tramp iyulun 4-dək Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir.
Banker.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Nəşr yazır ki, plan sövdələşməni ABŞ-ın müstəqilliyinin 250 illik yubileyinin genişmiqyaslı qeyd edilməsinə qədər başa çatdırmaqdır.
Lakin yüksək rütbəli Avropa rəsmilərinin fikrincə, Putinin əsas tələblərini yerinə yetirmədən razılaşmağa hazır olduğuna dair heç bir əlamət yoxdur.






