6 C
Baku
Wednesday, February 25, 2026

Azərbaycanda daşınmaz əmlak sığortasında yığımlar 29% azalıb

Bu ilin yanvar ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 2 milyon 769 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29.3% azdır. 2025-ci ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 3 milyon 914 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2 dəfə azalaraq 101 min manat olub.

Onu da qeyd edək ki, 2026-cı ilin yanvarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortasında zərərlilik səviyyəsi 3.65% olub, ötən ilin yanvarındakı 5.21%-lə müqayisədə azalıb.

Son xəbərlər
Digər xəbərlər