9 C
Baku
Friday, November 15, 2024

Referendum funt sterlinqi 30 il geriyə qaytardı

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının nəticələri bəlli olduqdan sonra maliyyə bazarı alt-üst olub. İngilislərin əksəriyyətinin təşkilatdan çıxmanı dəstəkləməsi milli valyuta olan funt sterlinqin məzənnəsinin birdən-birdə dramatik şəkildə tənəzzülə uğramasına səbəb olub.
Sterlinqin məzənnəsindəki tərəddüdlər bütün gecə boyu davam edib. Bir ara hətta valyuta 1985-ci ildən bəri ən aşağı səviyyəsinə düşüb – 1.33 dollar.

Sterlinq Avrozonanın vahid valyutası avro qarşısında 6 faizə yaxın dəyərini itirib. Dollar qarşısında bu ucuzlaşma isə 10 faizə (9,4) yaxındır.

Britaniyanın kölgə maliyyə naziri Con McDonnell İngiltərə Mərkəzi Bankının sterlinqin dəyərini artırmaq üçün müdaxilələr edə biləcəyini istisna etməyib.

Referendumdan çıxan nəticə neftin qiymətinə də təsirsiz ötüşməyib. Qara qızıl 2 dollara yaxın dəyərini itirib. Dünya birjalarında Brent markalı neft 48,3 dollara təklif edilir.

ANSPress

Son xəbərlər
Digər xəbərlər