6 C
Baku
Sunday, December 15, 2024

İndi AccessBank-ın müştəriləri daha çox qazanacaq

 

Bu gündən etibarən AccessBank müştərilərə yeni “Yüksələn” əmanət məhsulunu təklif edir!

Yeni əmanət müştərilərə öz vəsaitlərini daha uzun müddət saxlamaqla daha çox faiz gəliri əldə etmək üçün imkan yaradır. Belə ki, bu əmanət üzrə faiz dərəcələri əmanətin aktiv olduğu dövr ərzində müəyyən müddətdən bir yüksəlir. “Yüksələn” əmanətin üstünlüklərindən biri də odur ki, müştərilər əmanəti istənilən zaman hesablanmış faizlərlə birlikdə tam şəkildə geri ala bilərlər.

“Yüksələn” əmanətdən AZN və ABŞ dolları valyutalarında həm fiziki, həm hüquqi şəxslər faydalana bilərlər. Daha ətraflı məlumatı AccessBank-ın rəsmi internet saytından və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər