5 C
Baku
Friday, February 27, 2026

Çin 1 martdan etibarən Kanada mallarına tətbiq edilən cavab rüsumlarının bir hissəsini ləğv edəcək

Çin Xalq Respublikasının Ticarət Nazirliyi qüvvədə olan antidiskriminasiya tədbirlərinə düzəliş edəcək və Kanadadan idxal olunan bəzi mallara tətbiq edilən əlavə rüsumları ləğv edəcək. Bu barədə qurumun bəyanatında bildirilir.

Sənəddə qeyd olunur ki, Çin və Kanada yaxın zamanda müvafiq ticarət-iqtisadi məsələlərin həlli ilə bağlı ilkin birgə razılaşma əldə ediblər və Kanada hökuməti Çindən idxal olunan polad və alüminium məhsullarına tətbiq edilən əlavə rüsumlar kimi məhdudlaşdırıcı tədbirlərin qismən yumşaldıldığını rəsmi şəkildə elan edib. Əldə olunan konsensusla əlaqədar Pekin Kanada məhsullarının bəzi kateqoriyalarına cavab tarifləri tətbiq etməmək qərarı verib.

Bildirilir ki, yenilənmiş rejim 1 mart 2026-cı ildən 31 dekabr 2026-cı ilədək qüvvədə olacaq. Əlavə rüsumlardan azad ediləcək malların dəqiq siyahısı ayrıca dərc olunacaq.

2024-cü ilin payızında Çin Ticarət Nazirliyi Kanadanın Çin istehsalı olan elektromobillərə, eləcə də polad və alüminiuma qoruyucu tariflər tətbiq etməsi qərarına cavab olaraq antidiskriminasiya araşdırmasına başlamışdı. 8 mart 2025-ci ildə isə Pekin bir sıra Kanada mallarına rüsum tətbiq etməklə cavab tədbirləri görmüşdü.

Son xəbərlər
Digər xəbərlər