5 C
Baku
Friday, February 27, 2026

Gürcüstan investisiya və əmək miqrasiyası siyasətini sərtləşdirir

2026-cı ilin 1 martdan etibarən Gürcüstanda iş icazələri məcburi olacaq və daşınmaz əmlak əsasında verilən müvəqqəti və daimi yaşama (MDY) üçün minimum dəyər artırılır.

Banker.az-ın “İnvestisiya” bölməsi bunu həmin ölkədə olan audit şirkətlərinin ümumi qeydlərinə istinadən xəbər verir.

Hökumətin qərarına əsasən, iş icazəsi sistemi qüvvəyə minir. Əvvəllər ölkəyə illik vizasız rejimlə gəlib məhdudiyyətsiz işləmək mümkün idi. Yeni qaydalar 1 martdan tətbiq olunur, lakin keçid dövrü nəzərdə tutulub.

Özünüməşğul əcnəbilər üçün güzəştli müddət 1 maya qədər davam edir. Muzdlu işçilərə isə daha uzun keçid dövrü verilir – 1 yanvar 2027-ci ilə qədər. İcazə proseduru formal xarakter daşımır. İşəgötürənlər yerli işçilərə üstünlük verməlidir, özünüməşğullar üçün isə məşğulluq agentliyi nümayəndəsi ilə video müsahibə nəzərdə tutulur. Bəzi peşələr üçün kvotalar tətbiq edilir. Bələdçi (gid), taksi sürücüsü və kuryer sahəsində kvota sıfırdır, yəni əcnəbilər faktiki olaraq bu fəaliyyətlə məşğul ola bilməz.

Daşınmaz əmlak əsasında verilən MDY-də minimum qiymət həddi 1 martdan etibarən 100 min dollardan 150 min dollara yüksəlir. 150 min dollara məsələn, Batumidə iki yataq otaqlı və qonaq otaqlı mənzil almaq mümkündür. Köhnə qaydalarla sənədləşmə edənlər üçün yeniləmə zamanı əlavə alış tələbi olmayacaq.

İnvestisiya MDY isə 300 min dollardan başlayır və 5 il müddətinə verilir. Müddət bitdikdən sonra birbaşa daimi yaşayış icazəsinə müraciət etmək mümkündür. Bu kateqoriya üzrə icazə alanlara ayrıca iş icazəsi tələb olunmur.


Xatırladaq ki, bu bazarda ən iri alıcılar Rusiyadan gəlir. Gürcüstan Ədliyyə Nazirliyinin məlumatlarına əsaslanan hesabatlara görə, 2022–2023-cü illərdə Gürcüstanda daşınmaz əmlak alan əcnəbilər arasında ən böyük qrupu Rusiya vətəndaşları təşkil etmişdi. 2022-ci ildə əcnəbilərə satılan təxminən 15,000 mənzilin 6,062-si ruslar tərəfindən alınıb

Son xəbərlər
Digər xəbərlər