6 C
Baku
Monday, March 2, 2026

Körfəz Ərəb ölkələri İrana cavab verməyə hazırdırlar – Bəyanat

Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı da daxil olmaqla, Körfəz Ərəb ölkələri İranın hücumlarına cavab verməyə hazır olduqlarını açıqlayıblar.

Banker.az xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv dövlətlərin xarici işlər nazirlərinin birgə iclasından sonra yayılan rəsmi bəyanatda qeyd olunub.

“Nazirlər Şurası İranın quruma üzv dövlətlərinə qarşı əsassız təcavüzü nəzərə alınmaqla, cavab tədbirləri hüququ da daxil olmaqla, öz təhlükəsizliklərini qorumaq üçün bütün zəruri tədbirləri görəcəklərini bir daha təsdiqləyib”, – deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunub ki, Körfəz bölgəsində sabitlik yalnız regional məsələ deyil, həm də qlobal iqtisadi sabitliyin fundamental əsaslarından biridir.

Son xəbərlər
Digər xəbərlər