7 C
Baku
Monday, March 2, 2026

İpoteka və Kredit Zəmanət Fondu ₼50 milyonluq borc cəlb edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manat dəyərində ipoteka istiqrazları buraxır.

Banker.az xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 50 000 ədəd istiqrazı emissiya edilir. Onlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır.

İstiqrazlar üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir. İstiqrazların tədavül müddəti 7 200 gündür.

İstiqrazların “Bakı Fond Birjası” QSC-nin ticarət sistemində kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.

Emissiya üzrə anderrayter xidmətlərini “İnvest-AZ İnvestisiya şirkəti” QSC göstərir.

Emissiyanın məqsədiİstiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcək. Konkret olaraq, bu vəsaitlər yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin maliyyələşdirilməsi üçün istifadə ediləcəkdir.

Son xəbərlər
Digər xəbərlər