Bakı şəhərinin Binəqədi qəsəbəsində yerləşən “Araz Mall” yaxın günlərdə fəaliyyətə başlayacaq.
Banker.az-ın məlumatına görə, Binəqədi qəsəbəsində tikintisi davam etdirilən “ARAZ MALL” layihəsinin açılışı planlaşdırılır.
Araz Mall yalnız alış-veriş mərkəzi kimi deyil, eyni zamanda müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş əyləncə və istirahət məkanı kimi fəaliyyət göstərəcək.
Məlumata görə, kompleks 1.2 hektar ərazidə yerləşir və ümumi tikinti sahəsi 10 500 kvadratmetr təşkil edir.
Bundan əlavə, ərazidə restoran və fast-food obyektləri, müxtəlif brend mağazalar, aptek və elektronika mağazası nəzərdə tutulub. Kompleksdə uşaqlar üçün xüsusi əyləncə zonası da yaradılıb.
İnfrastruktur baxımından mərkəzdə 200 avtomobil üçün parkinq sahəsi mövcuddur.








