Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “Facebook” olub.
Bu barədə “StatCounter”in məlumatında bildirilir.
Bu dövrdə “Facebook”un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 80,38% təşkil edib. Bu isə yanvar ayı ilə müqayisədə 4,92 faiz bəndi, illik müqayisədə isə 13,24 faiz bəndi çoxdur.
İstifadəçi sayına görə, ikinci yerdə 5,73% payla “X” sosial şəbəkəsi qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə dəyişməyib, ötən ilin eyni dövrü ilə müqayisədə 0,88 faiz bəndi az olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 5,02% payla “Youtube” olub. Bu, yanvar ilə müqayisədə 2,79 faiz bəndi az, illik müqayisədə 0,03 faiz bəndi çoxdur.
Dördüncü yerdə 4,87% payla “İnstagram” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 1,2 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz bəndi az olub.
Ötən ay “Pinterest” sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 0,72 faiz bəndi, illik 5,19 faiz bəndi azaldaraq 3%-lə beşinci yerdə qərarlaşıb.
Dekabrda “Linkedin” sosial şəbəkəsi 0,42% bazar payı ilə altıncı yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0,04 faiz bəndi, illik 0,1 faiz bəndi azalıb.
İstifadəçi sayına görə, yeddinci yeri 0,24% payla “Reddit” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,13 faiz bəndi, illik 1,01 faiz bəndi azaldıb.






