6 C
Baku
Monday, March 2, 2026

“S&P” 2025-2027-ci illərdə Azərbaycan banklarının kredit xərclərinin stabil olacağını proqnozlaşdırır

Azərbaycan banklarının milli standartlar üzrə kredit xərclərinin 2025–2027-ci illəri əhatə edən dövrdə stabil qalacağı gözlənilir.

Bu barədə “S&P Global Ratings” agentliyinin məlumatında bildirilir.

“Tənzimləyici tərəfindən əks etdirilən kredit itkilərində milli standartlar nəzərə alınır. Tarixən milli standartlar üzrə ehtiyatlar Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) nisbətən daha yüksək olub, bu, yüksək borc-gəlir nisbətinə malik istehlak kreditləri üzrə böyük ehtiyatlarla izah olunur. Əsas ssenaridə proqnozlaşdırırıq ki, milli standartlar üzrə kredit xərcləri 2025–2027-ci illərdə 1,3% səviyyəsində qalacaq ki, bu da 2022-ci ildə 1,0% səviyyəsində olan göstəricidən yüksəkdir və neft qiymətlərinin düşməsi ilə istehlak kreditlərinin “yetkinləşməsi” ilə əlaqədardır. 2026-cı ildə Azərbaycan bankları aktivlərin təsnifatı və ehtiyatların formalaşdırılması üçün BMHS-9-a keçəcək”, – deyə “S&P”nin hesabatında bildirilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ildə 14 milyard ABŞ dolları və ya 19,8% artaraq 85,1 milyard ABŞ dollarına çatıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2025-ci ildə 5,1% artaraq ilin sonunda 11,5 milyard ABŞ dollarına çatıb.

Ölkənin ümumi strateji valyuta ehtiyatları beynəlxalq səviyyədə tanınmış adekvatlıq standartlarını aşmağa davam edir. Beləliklə, 2025-ci ilin dekabr ayının sonunda strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmət idxalını (2025-ci ilin ilk doqquz ayı üzrə idxal da daxil olmaqla) kifayət qədər əhatə etmişdir. Strateji ehtiyatlar manatla pul kütləsindən 3,6 dəfə çoxdur (1 yanvar 2026-cı il tarixinə M2 pul aqreqatına görə).

Bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı dayanıqlığını nümayiş etdirir və həmçinin dövlət borcu risklərinin tamamilə idarəolunan səviyyədə olduğunu göstərir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər