6 C
Baku
Monday, March 2, 2026

“S&P” yaxın 2 ildə Azərbaycan banklarının stabil maliyyələşmə profilini qoruyub saxlayacağını proqnozlaşdırır

“S&P Global Ratings” agentliyi Azərbaycan banklarının növbəti iki il ərzində sabit maliyyələşmə profilini qoruyub saxlayacağını gözləyir.

Bu barədə “S&P”nin məlumatında bildirilir.

“Pərakəndə depozitlərin artımı bankların maliyyələşmə sabitliyini dəstəkləyir. Sistem üzrə kreditlərin əsas müştəri depozitlərinə nisbəti (ev təsərrüfatı depozitlərinin 100%-i və korporativ depozitlərin 50%-i nəzərə alınmaqla) 130%-dən aşağı səviyyədə qalacaq ki, bu da regional analoqlarla müqayisədə əlverişli göstəricidir. 2025-ci ilin sonuna korporativ depozitlər təxminən 56%, qalan hissəni isə pərakəndə depozitlər təşkil edib”,- hesabatda qeyd olunur.

Agentlik həmçinin vurğulayır ki, depozitlərin dollarlaşma səviyyəsi 2015-ci ilin sonundakı 79%-lə müqayisədə 2025-ci ilin sonuna tədricən azalaraq 32%-ə enib.

“Rusiyadan daxil olan diaspor vəsaitləri hesabına Azərbaycanda qeyri-rezident pərakəndə depozitlərin payı 2021-ci ilin sonundakı 3%-dən 2025-ci ilin sonuna 9%-ə (1,5 mlrd AZN) yüksəlib. MDB-nin digər ölkələrində olduğu kimi, uzunmüddətli maliyyələşməyə çıxış məhduddur, buna görə də Azərbaycan banklarının əksəriyyəti daxili resurslara əsaslanmaqda davam edəcək”,- deyə S&P-nin hesabatında vurğulanır.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər