Azərbaycanın qida sənayesi və aqrar istehsal sektorunda fəaliyyət göstərən “Agro Dairy” şirkətinə daxil olan “ATS Food” MMC-nin nizamnamə kapitalı artırılaraq 62 milyon manatı ötüb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2026-cı ilin ilk ayında daha 17.95 milyon manat manat və ya 29 faiz artırılaraq 80.01 milyon manata yüksəldilib.
İlin əvvəlinə qədər şirkətin kapitalı 62.06 milyon manat idi.
“ATS Food” MMC 2022-ci ildə ölkənin qida istehsal edən şirkətlərindən biri “Delta Group Co.” MMC-nin ikiyə bölünməsindən sonra yaradılıb. Şirkətin kapitalı iki hissəyə bölünməklə, onun yarısını “AgroTrade Supply” MMC satın almışdı. Şirkətin ilkin təsisatı zamanı nizamnamə kapitalı 20 milyon manat kimi qiymətləndirilmişdi. Keçən ilin noyabrında isə 18 milyon manat kapitalı olan “Platek Pact” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan etmişdi.
Beləliklə, son üç ildə kapital dörd dəfə artırılmış olub.






