12 C
Baku
Tuesday, March 3, 2026

Cari ildə “Anglo Asian Mining”in Azərbaycandakı şirkəti xaricə satışları kəskin artırıb

“Anglo Asian Mining PLC”nin törəmə şirkəti  Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AIMKL) 2026-cı ilin yanvarında xaricə 29,3 mln. dollarlıq metal satıb.

Banker.az xəbər verir ki, bu da illik müqayisədə ixracın təxminən illik 20.3 milyon dollar və ya 3.2 dəfə artması deməkdir.

Keçən il şirkət xaricə 9 milyon dollarlıq məhsul ixrac etmişdi.

AIMKL-nin əsas qızıl bazarı İsveçrədir.

Dövlətə məxsus “AzerGold” QSC isə xaricə 15,5 mln. dollarlıq məhsul satıb. Bu öncəki ildə 19,3 mln. dollar idi.

Azərbaycanda bu il mis hasilatı 6 dəfə artaraq 1 337,5 ton olsa da, gümüş 329,8 kq və qızıl 207,8 kq olaraq hər biri 12% azalıb.

Son xəbərlər
Digər xəbərlər