9 C
Baku
Wednesday, March 4, 2026

Bank BTB-dən “Expressbank”a transfer

“Expressbank” ASC-də yeni təyinat baş tutub.

Banker.az-ın məlumatına görə, Bəhruz Kazımli “Expressbank”ın Pərakəndə bankçılıq departamentinin direktoru təyin edilib.

O, 2024-cü ilin may ayından bu təyinata kimi Bank BTB-nin Satışlar departamentinin direktoru olub.

Bank karyerasına “Bank of Baku”-da başlayıb, satış sahəsində kiçik ekspertdən Bank məhsullarının satış şöbəsinin müdiri və filial direktorunun müavini vəzifəsinədək irəliləyib. Əlavə olaraq “Yelobank”-da Satış sahəsi üzrə qrup rəhbəri, Turan Bank-da Pərakəndə Bankçılıq Departamentinin Direktoru kimi vəzifələrdə çalışıb.

Bəhruz Kazımlı 2006-2010, 2011-2013-cü illərdə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (hər ikisi fərqlənmə diplomu ilə) alıb.

Son xəbərlər
Digər xəbərlər