“Silk Way Holding”in törəmə aviaşirkəti “Silk Way West Avirline” və ya “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, nizamnamə kapitalı 179.4 milyon manatdan 182.7 milyon manata qaldırılıb.
Artım məbləği 3.31 milyon manat təşkil edir ki, bu da təxminən 1.85% artım deməkdir.
Avaşirkət 2025-ci ilin birinci yarısının yekununda xalis mənfəəti 120 milyon manat təşkil edib. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 78 milyon manat idi. 2025-ci il üzrə tam nə qədər həcmdə xalis mənfəətini növbəti aylarda açıqlamalıdır. Bununla belə 2025-ci ilin ilkin statistik məlumatlarına görə, Azərbaycanda hava nəqliyyatı ilə yükdaşıma həcmi ümumi nəqliyyat sektorundakı payına baxmayaraq azalma tendensiyası göstərib. Rəsmi açıqlamalara görə, 2025-ci il ərzində hava yolu ilə daşınan yükün ümumi həcmi təxminən 391.2 min ton olub ki, bu göstərici əvvəlki il ilə müqayisədə 6.6% azalma deməkdir.





