9 C
Baku
Wednesday, March 4, 2026

Ad dəyişmədən sonra rəhbərlik və işçi heyəti tam dəyişdirilir – BOKT-də nə baş verir?

19 yaşlı BOKT “Finans-İnvest” MMC təşkilati-hüquqi formasını dəyişərək “NEO BOKT” ASC adı altında fəaliyyətini davam etirməsindən sonra strukturu və icra orqanındakı heyəti tam dəyişdirib.

Banker.az-ın xəbərinə görə, BOKT hüquqi ünvanı da dəyişir. Yeni ünvana əsasən, “NEO BOKT” ASC Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3, ev 4 ünvanında yerləşəcək.

Şirkətin direktoru Məmmədov Anar Seyid oğlu təyin edilib. Baş mühasib vəzifəsini Əliyev Aynur Ədalət qızı icra edəcək.

İdarəetmə orqanlarında da ciddi dəyişikliklər edilib. Müşahidə Şurasının sədri vəzifəsinə Rəşad Səlimov Mais oğlu təyin olunub. Şuranın üzvləri Vəliyev Ramil Vəliş oğlu və Qasımov Elçin Azər oğlu olacaq. Musayeva Pəri Əhməd qızının adı Müşahidə Şurasında yer almayıb.

Audit Komitəsinə Fehruzzadə Namin Namiq oğlu sədrlik edəcək. Komitənin üzvləri isə Məhərrəmov Mehdi Qurban oğlu və Vəliyev Ramil Vəliş oğludur.

Daxili auditor isə İsmayılova Gülnar Ruslan qızı olacaq.

Xatırladaq ki, “NEO BOKT” ASC (2026-cı ilin yanvarına qədər: BOKT “Finans-İnvest” MMC)  2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 371 min manatdır.

 

Son xəbərlər
Digər xəbərlər