Çində 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) artım tempi rəsmi proqnoza görə 4,5–5% təşkil edəcək. Bu barədə hökumətin maliyyə hesabatında bildirilir. Sənəd ölkənin ali qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının dördüncü sessiyasında təqdim olunub.
Çinin 2026-cı il üçün dövlət büdcəsi kəsiri üzrə hədəf göstərici ÜDM-in 4%-i səviyyəsində — 5,89 trln yuan (825,45 milyard dollar) həcmində qiymətləndirilir. Bu, ötən ilin kəsiri ilə müqayisədə 17,3% azdır.
2025-ci ildə ölkənin dövlət büdcəsinin xərcləri 28,73 trilyon yuandan (4,12 trilyon dollar) çox olub ki, bu da əvvəlki ilin göstəricisindən 1% yüksəkdir. Büdcə gəlirləri isə 21,6 trilyon yuan (3,1 trilyon dollar) təşkil edib və 1,7% azalıb. Beləliklə, büdcə kəsiri 7,13 trilyon yuan (999,2 milyard dollar) səviyyəsində müəyyənləşdirilib.
Hesabata əsasən, Çin 1,3 trilyon yuan həcmində ultra-uzunmüddətli istiqrazlar buraxmağı planlaşdırır.
Çin hökuməti həmçinin inflyasiyanı nəzarətdə saxlamağı və illik artımı 2%-dən yuxarı qaldırmamağı planlaşdırır.






