7 C
Baku
Thursday, March 5, 2026

ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1,2 mini keçib

ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı martın 4-nə olan məlumata görə 1 230 nəfərə çatıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Larijani martın 4-də bildirib ki, İran İslam Respublikasının hücumları nəticəsində 500-dən çox ABŞ hərbçisi həlak olub.

Fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.

Martın 3-də ABŞ prezidenti Donald Tramp ölkənin İranla “əbədi müharibə” aparmaq üçün kifayət qədər ehtiyatlara malik olduğunu bildirib. İranın ali liderinin müşaviri Mohammad Mokhber isə İslam Respublikasının ABŞ və İsraillə hərbi qarşıdurmanı “nə qədər lazım olsa” davam etdirməyə hazır olduğunu deyib.

Son xəbərlər
Digər xəbərlər