7 C
Baku
Sunday, December 15, 2024

Funt sterlinqin devalvasiyası davam edəcək-PROQNOZ

Britaniya funt sterlinqi cümə günü, iyunun 24-dəki “Brexit” referendumunun müsbət nəticələri ilə başladığı dünya valyuta birjalarındakı azalmanı bu gün də davam etdirir. |İyunun 24-də referendumun nəticələri məlum olduqdan sonra 1,5020 USD/GBP səviyyəsindən kəskin azalmağa başlayan məzənnə günü 8,9% azalma ilə tamamlayıb. Bu, funt sterlinq üçün rekord gündəlik azalma sayıla bilər. Qeyd edək ki, 1992-ci ildə Britaniyanın Avropanın valyuta mexanizmindən imtina etməsi zamanı funt sterlinq sadəcə 4,1% zəifləyib.

Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasının iqtisadi nəticələrini dəyərləndirən investorlar bu gün də funt sterlinqi satmağa davam edirlər. Belə ki, hazırda USD/GBP məzənnəsi 1,7% azalma ilə 1,3440 səviyyəsində qərarlaşıb. Xatırladaq ki, USD/GBP məzənnəsi iyunun 24-də son 21 ilin ən minimal səviyyəsi olan 1,3224 USD/GBP-yə qədər enib.

“Standard Bank Group”un Strateji araşdırmalar Departamentinin müdiri Stiven Barrou (Steven Barrow) hesab edir ki, insanlar “Breixt”in gələcək üçün nə cür fəsadlar yaradacağını dərk etmirlər: “Böyük ehtimalla biz indiyədək funt sterlinq/dollar məzənnəsində builki mümkün azalmanın yarısını artıq gördük”.

Analitika qrupu Report isə qeyd edir ki, funt sterlinq iyunun 24-də dollarla müqayisədə baş vermiş sərt devalvasiyadan sonra 1,32-1,36 USD/GBP səviyyəsində bir qədər tarazlanacaq. İlin sonuna doğru isə B.Britaniyada açıqlanacaq iqtisadi göstəricilərin pisləşməsi fonunda funt sterlinqdə zəifləmənin davam edəcəyi ehtimal olunur.

 

Son xəbərlər
Digər xəbərlər