Asiya Yaxın Şərqdən neft və təbii qaz axınlarından ən çox asılı olan regiondur.
Bu barədə dünyanın nüfuzlu iqtisadiyyat nəşrləri yazıb.
Qeyd edilir ki, Hörmüz boğazından keçən bütün xam neftin təxminən 90%-i Asiyaya yönəlir. Həmçinin, Qətər və BƏƏ-dən ixrac olunan mayeləşdirilmiş təbii qazın təxminən 82%-i asiyalı alıcılara çatdırılır. Təkcə Çin Hörmüz boğazından keçən bütün neftin 38%-ni alır. Onu Hindistan (15%), Cənubi Koreya (12%) və Yaponiya (11%) izləyir.
Bundan başqa, Yaponiya və Cənubi Koreya üçün neft idxalının 60%-dən çoxu Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Bu da onları tədarükdə yarana biləcək fasilələrə qarşı ən həssas ölkələrə çevirir. Asiya üçün Hörmüz boğazı həyati əhəmiyyət daşıyan enerji dəhlizidir.






