Küveyt xam neft satışı üzrə fors-major elan edib. OPEC-də beşinci böyük neft istehsalçısı olan bu Körfəz ölkəsi neft hasilatını da azaldıb.
Bu addım İranın Küveytə qarşı təcavüzü və Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə qarşı təhdidlər səbəbindən atılıb.
“Bloomberg” agentliyinin məlumatına görə, azalma şənbə günü gündəlik 100 min barel həcmində olub və bu həcm tədricən arta bilər. Fors-major halı bərpa dövrü ərzində şirkəti müqavilə öhdəliklərindən azad edir.
Qeyd edilir ki, Küveyt yanvar ayında təxminən gündəlik 2.57 milyon barel neft çıxarıb. Hörmüz boğazı Küveyt neftinin dünya bazarına çıxışı üçün yeganə yoldur.





