9 C
Baku
Wednesday, March 11, 2026

“AzVirt” səhmdarlarına 7.5 mln. manat dividend verib

Yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkət “AzVirt” MMC 2024-cü ildə bölüşdürülməmiş mənfəətindən səhmdarlara 7.52 mln. manat dividend ayırıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.

“Azvirt” MMC-nin təsisçiləri “Martin Beteiligungs GmbH & Co KG”, Almaniya (30%), “Falcom Holding s.a.r.l”, Lüksemburq (25%), Elnur Əliyev (25%) və “Walz GmbH & Co KG”, Almaniya (20%). “AzVirt” MMC yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətdir.

“AzVirt” MMC 2024-cü ili 34.6 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da 2023-cü ilin eyni dövründəki 7.52 mln. manatla müqayisədə təxminən 4.6 dəfə çoxdur. Şirkətin yığılmış mənfəəti ilin sonunda 97.04 mln. manata çatıb. 2024-cü ildə “AzVirt”in illik inşaat gəlirləri 999.04 mln. manat təşkil edərək əvvəlki illə müqayisədə 19.8% artıb, inşaat xərcləri isə 878.91 mln. manata yüksələrək 14.9% artım göstərib. Ümumi əməliyyat xərcləri 52.39 mln. manat olub (illik +36.5%). Eyni zamanda şirkətin aktivləri ilin sonunda 348.07 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 34% azalma deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər