7 C
Baku
Tuesday, March 10, 2026

Macarıstan benzin ixracını dayandırıb və yanacaq qiymətlərinə məhdudiyyət tətbiq edib

Macarıstan Aİ-95 markalı benzinin və dizel yanacağının ixracını dayandırıb. Qərar Yaxın Şərqdəki vəziyyət fonunda Avropada yanacaq qiymətlərinin artması səbəbindən qəbul edilib. Bundan əlavə, Budapeşt 45 günlük neft ehtiyatlarını bazara çıxarmaq qərarı verib.

Macarıstan hakimiyyəti daxili bazarda yanacaq qiymətlərini cilovlamağa çalışır. 10 martdan etibarən hökumət benzin və dizelin maksimal qiymətini məhdudlaşdırıb: benzinin bir litri üçün qiymət 595 forint (€1,54), dizel üçün isə 615 forint (€1,59) səviyyəsində müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər