Bakıda abadlıq işlərinin layihələndirilməsinə 3 milyon manat ayrıldı.
Banker.az xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt ərazisində həyata keçiriləcək genişmiqyaslı abadlıq işləri ilə bağlı tenderin qalibini elan edib.
Bakı şəhərindəki səkilər, həyətlər, park və bağlarda aparılacaq yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını “AZ.Arxitektura” MMC həyata keçirəcək.
Tərəflər arasında bağlanmış müqavilənin ümumi məbləği 3 016 099 manat təşkil edir.







