7 C
Baku
Wednesday, March 11, 2026

Tramp ABŞ-də son 50 ildə ilk neft emalı zavodunun istifadəyə veriləcəyini elan edib

ABŞ prezidenti Donald Tramp “Truth Sosial” şəbəkəsində yazıb ki, Texas ştatının Braunsvill şəhərində dəyəri 300 milyard dollar olan neft emalı zavodunun (NEZ) açılışına hazırlıq gedir. Onun sözlərinə görə, layihənin investorları “America First Refining” şirkəti və Hindistanın enerji şirkəti “Reliance” olub. Tramp vurğulayıb ki, bu, son 50 ildə ABŞ ərazisində tikilən ilk yeni NEZ-dir.

Tramp bildirib ki, müəssisənin açılması Amerikaya real enerji üstünlüyünə qayıtmağa imkan verəcək. Onun sözlərinə görə, bu, “America First” proqramı, icazələrin verilməsi prosesinin sadələşdirilməsi və vergilərin azaldılması sayəsində mümkün olub.

Yeni NEZ dünyanın ən ekoloji təmiz zavodu kimi təqdim olunur. Trampın açıqlamasına görə, onun istehsal gücü ilk növbədə ABŞ-nin daxili bazarının ehtiyaclarına yönəldiləcək və bu da “milli təhlükəsizliyin möhkəmləndirilməsinə” xidmət edəcək.

Son xəbərlər
Digər xəbərlər