9 C
Baku
Wednesday, March 11, 2026

EIA 2026 və 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026 və 2027-ci illər üzrə gündəlik neft hasilatı proqnozlarını dəyişməz saxlayıb.

Banker.az xəbər verir ki, bu barədə qurumun mart ayında açıqlanan “Qısamüddətli Enerji Perspektivi” hesabatında məlumat verilib.

Hesabata görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatının 540 min barel səviyyəsində olacağı gözlənilir. Bu göstərici fevral ayında açıqlanan proqnozla müqayisədə dəyişməyib. Proqnoza əsasən, ilin birinci rübündə hasilatın gündəlik 550 min barel, ikinci rübdə isə 540 min barel olacağı ehtimal edilir. Üçüncü və dördüncü rüblərdə isə gündəlik hasilatın 530 min barel səviyyəsinə enəcəyi gözlənilir.

EIA-nın qiymətləndirməsinə əsasən, 2027-ci ildə də Azərbaycanda orta gündəlik neft hasilatı 540 min barel təşkil edəcək və bu göstərici də əvvəlki proqnozla eyni qalır. Rüblər üzrə gözləntilərə görə, birinci rübdə hasilatın 550 min barel, ikinci rübdə 540 min barel, üçüncü və dördüncü rüblərdə isə 530 min barel olacağı proqnozlaşdırılır.

2025-ci ildə Azərbaycanda neft hasilatı ilin birinci və ikinci rüblərində gündəlik 570 min barel, üçüncü və dördüncü rüblərində isə 560 min barel səviyyəsində olub.

eureu

Xatırladaq ki, dünən SOCAR Xəzər dənizində yerləşən “Qoşadaş” strukturunda 3D OBN (dəniz dibi nodları) seysmik tədqiqatlarına hazırlıq çərçivəsində dəniz dibinin ilkin araşdırılmasına başlanıldığını açıqlayıb. Bildirilir ki, bu mərhələdə çoxşüalı və sonar texnologiyalarından istifadə edilərək dəniz dibinin dəqiq xəritələndirilməsi və potensial maneələrin müəyyənləşdirilməsi planlaşdırılır. Tədqiqatın məqsədi gələcək seysmik işlər zamanı nodların optimal yerləşdirilməsini təmin etməkdir. İşlər SOCAR-ın Geofizika və Geologiya İdarəsi ilə SOCAR Fugro şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

 

Son xəbərlər
Digər xəbərlər