2026-cı ilin yanvar–fevral aylarında istehlak bazarına nəzarət tədbirləri çərçivəsində “Araz Supermarket” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Banker.az bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərtib edib.
Məlumata görə, yoxlama zamanı supermarketdə qida məhsulunun üzərində göstərilən qiymətdən daha baha qiymətə satıldığı müəyyən olunub. Bu səbəbdən müəssisə barəsində 22 yanvar 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.
Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci bəndi mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə tərtib edilir. Bu maddəyə görə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.






