Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan “Anglo Asian Mining PLC” mədən şirkətinə boker təyin edilib.
Banker.az xəbər verir ki, “Peel Hunt LLP” şirkətin korporativ brokeri təyin edilib.
“Peel Hunt LLP” Böyük Britaniyada fəaliyyət göstərən invеstisiya bankı və maliyyə xidmətləri şirkətidir, əsasən korporativ broking, investisiya bankçılığı, tədqiqat və kapitаl bazar xidmətləri üzrə ixtisaslaşmışdır.
Eyni zamanda “SP Angel Corporate Finance LLP” şirkətin namizəd məsləhətçisi (Nominated Adviser) olaraq qalacaq.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.







