12 C
Baku
Friday, March 13, 2026

May ayında 14 gün iş olmayacaq

Bu ilin may ayı üçün bayramla əlaqəli qeyri-iş günləri məlum olub.

Banker.az xəbər verir ki, may ayında həftə sonları da nəzərə alınmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq.

9 may – Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə uyğun olaraq mayın 11-i (bazar ertəsi) qeyri-iş günü hesab ediləcək. Beləliklə, 9, 10 və 11 may tarixlərində ardıcıl 3 gün istirahət olacaq.

Bu il Qurban Bayramı 27-28 may tarixlərində qeyd olunacaq. 28 May – Müstəqillik Günü həm də bayram günü ilə üst-üstə düşdüyündən, mayın 29-u da qeyri-iş günü elan edilib.

Bayram günlərinin həftə sonları ilə birləşməsi nəticəsində 27, 28, 29, 30 və 31 may tarixləri ardıcıl qeyri-iş günləri olacaq.

Ümumilikdə, may ayındakı bayramlar və şənbə-bazar günləri birlikdə ayın 14 gününün istirahətə ayrılmasını təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər