12 C
Baku
Friday, March 13, 2026

Fevralın illik inflyasiyası açıqlandı: 5.7% olub

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin fevral ayına nisbətən 5.7 faiz sabit qalıb ki, bu da Azərbaycan Mərkəzi Bankının hədəf çərçivəsinin yuxarı həddi olan 6 faizə çox yaxınd olaraq qalıb. Öncəki dekabrda inflyasiya 5.2 faiz təşkil etsə də, cari ilin fevralında 5.7-ə yüksəlib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hazırda uçot faiz dərəcəsi ilə illik inflyasiya fərqi 0.8 faiz bəndi təşkil edir. Bu 2025-ci ilin eyni dövründəki 1.8 faiz bəndi ilə müqayisədə aşağı olsa da müsbət zonadadır (şəkil 2 və 3).

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%-dən 6.8%-ə, qeyri-qida məhsulları üzrə 3.5%-dən 3.7%-ə, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.6%-dən 5.7%-ə yüksəlib.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5.7% sabit qalarkən, aylıq inflyasiya isə son bir ayda 1.7%-dən 0.6%-ə düşüb.

Azərbaycan Mərkəzi Bankının baza ssenarisinə əsasən, 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilir. 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib. Halbuki, oktyabrda bu proqnoza görə 2026-cı ildə inflyasiyanın 5.7% olacağı gözlənildirdi.

“Əsas diqqət edəcəyimiz məsələ tələb faktorlarıdır. Dövlət və ev təsərrüfatlarının istehlakı keçən ilin ilk 9 ayının nəticələrəinə əsasən müvafiq olaraq 6.6% və 10.5% artıb. Birgə illik inflyasiyaya 1.75 faiz bəndi artıcı təsir edib” deyə, Mərkəzi Bank sədri Taleh Kazımov bildirib.

Qeyd edək ki, AMB 4 fevralda faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib. İclasda bildirilib ki, faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.

Hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5.2% təşkil edib. Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 2.5% artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4.8% təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.

qiymet 1 2026 03 13

DSK bildirir ki, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşmış, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşmışdır. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verib.

2026-cı ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artmışdır. Fevral ayında əvvəlki ayla müqayisədə əsasən sement, keramik plitələr, mebellər, yuyucu vasitələr, şəxsi gigiyena vasitələri, zərgərlik məmulatları bahalaşmış, qış geyimləri, divar kağızları, plastik borular, kəsilmiş taxta isə ucuzlaşmışdır. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz təşkil etmişdir. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən tibbi, mehmanxana, bərbərxana, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətləri bahalaşmış, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər
Digər xəbərlər