11 C
Baku
Saturday, March 14, 2026

Naxçıvanın xarici ticarət dövriyyəsi 21%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 20,506 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,2% çoxdur.

Hesabat dövründə muxtar respublika üzrə 2,285 milyon ABŞ dolları dəyərində ixrac, 18,221 milyon ABŞ dolları məbləğində isə idxal əməliyyatları həyata keçirilib.

Bu göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 98,2% və 15,5% artıb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər