Amerikanın texnologiya korporasiyası “Meta” süni intellektin (Sİ) tətbiqi ilə əlaqədar işçi heyətinin 20 faizdən çoxunu ixtisar edə bilər.
KİV yazır ki, korporasiya biznesini Sİ texnologiyalarına uyğunlaşdırmaq çərçivəsində genişmiqyaslı ixtisarlara hazırlaşır. Qarşıdan gələn işçi ixtisarının vaxtı və dəqiq miqyası hələ təsdiqlənməyib.
Son bir ildə “Meta”nın rəhbəri Mark Zuckerberq şirkəti süni intellekt bazarında liderlik uğrunda digər texnologiya şirkətləri ilə daha aqressiv rəqabətə sövq edir. 2028-ci ilə qədər məlumatların saxlanması və emalı mərkəzlərinin tikintisinə 600 milyard dollar sərmayə qoyulması planlaşdırılır.







