“Strategy” $1,57 mlrd. dəyərində 22 337 bitkoin alıb

“Strategy” (əvvəlki “MicroStrategy”) daha 22 337  bitkoin aldığını açıqlayıb. Şirkətin məlumatına görə, bitkoinlər orta hesabla $70 194 qiymətlə alınıb.

15 mart tarixinə olan məlumata görə, şirkətin balansında ümumilikdə 761 068 BTC var. Bu aktivlərin alınmasına təxminən $57,61 milyard xərclənib, bir bitkoinin orta alış qiyməti isə təxminən $75 696 təşkil edib.

Növbəti bitkoin alışları MSTR səhmlərinin yerləşdirilməsi və satışı, həmçinin STRC adlı imtiyazlı səhmlərin satışı hesabına maliyyələşdirilib.

Son xəbərlər
Digər xəbərlər