İranda müharibə Azərbaycanda avtomobil ehtiyat hissələrini də bahalaşdırdı

İrandakı müharibə avtomobil ehtiyat hissələri bazarına da təsir edib.

Regiondakı gərginlik logistik çətinliklər yaratdığından xüsusən də Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiyməti artıb. Sahibkarların sözlərinə görə, xüsusilə Dubaydan Çin və Amerika istehsalı olan avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub.

Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşurutlar isə avtomatik qiymətə təsir edir.

Bundan başqa, birbaşa uçuşların dayanması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərc deməkdir.

Sahibkarlar bildirirlər ki, bazarda bəzi hissələrin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.

Son xəbərlər
Digər xəbərlər