Milli Məclisdə sertifikasiya imtahanlarının ildə iki dəfə keçirilməsi təklif olunub.
Banker.az xəbər verir ki, bununla bağlı Milli Məclisin martın 17-də keçirilən plenar iclasında deputat Vüqar Bayramov təkliflə çıxış edib.
O bildirib ki, incəsənət sektorunda beynəlxalq müsabiqə qaliblərinin sertifikatlaşdırmadan azad edilməsi məqsədəuyğun olardı:
“Eyni zamanda, Əmək Məcələsinin 67-i maddəsində üç dəfə deyil, ən azı iki dəfə sertifikatlaşdırmadan keçmiş şəxslərin sertifikatlaşdırmaya cəlb olunmamasını edilməməsini təklif edərdim. Razılşaq ki, 2 dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir. Həmin şəxslərin yenidən 3-cü dəfə sertifikatlaşdırmaya cəlb edilməsinə xüsusi ehtiyac qalmır”.
Deputat bildirib ki, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır.
“Daha çox təhsilverənin sertifikaslaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı. Bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 fazi olar ki, bu da sözügedən sektoru əməyin daha yaxından qiymətləndilməsinə imkan verə bilər. Hazırda 48-51 ballar toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalar ilə 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayandan isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticəd göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur”.







