ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.
Banker.az xəbər verir ki, Anar Abbasov ABB-də Baş direktor vəzifəsinə təyin edilib.
O, 2022-ci ilin avqust ayından ABB-də Pərakəndə seqment sahəsinin rəhbəri vəzifəsində, 2024-cü ilin iyun ayından indiyə kimi bankın Pərakəndə seqment, kart və kredit sahələrini birləşdirən Ofis rəhbəri kimi fəaliyyət göstərib.
2021-2022-ci illərdə “Paşa Bank”da İdarə Heyətinin Sədrinin müşaviri və Pərakəndə Bankçılıq Departamentinin direktoru, 2018-2023-cü illərdə eyni zamanda “Prime Insurance” şirkətində Müşahidə Şurasının sədr müavini olaraq çalışıb.
A. Abbasov həmçinin, 2008-ci ildən 2021-ci ilə qədər “Bank of Baku”da müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Anar Abbasov Milli Aviasiya Akademiyasında menecment ixtisası üzrə bakalavr, İngiltərənin “Sheffield” Universitetində isə biznes idarəçiliyi üzrə magistr təhsili alıb.






