12 ölkənin XİN rəhbəri İranın Fars körfəzi ölkələrinə zərbələrini pisləyib

12 dövlətin xarici işlər nazirləri Ər-Riyadda keçirilən görüşün yekunlarına dair birgə bəyanatla çıxış edərək İranın Fars körfəzi ölkələrinə qarşı hərəkətlərini pisləyiblər. Danışıqlarda Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt, Livan, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyənin XİN rəhbərləri iştirak ediblər.

“İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələr heç bir halda əsaslandırıla bilməz, onların hədəfi mülki infrastruktur obyektləri və yaşayış məntəqələridir. Tehran bu hücumları dərhal dayandırmalıdır”, — bəyanatda qeyd olunur.

Görüş iştirakçıları əlavə ediblər ki, Fars körfəzi ərəb dövlətlərinin özünümüdafiə hüququ tamdır və tərəflər aqressiyanın dayandırılması üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər