Manatın məzənnəsinin yaxın zamanlarda necə dəyişəcəyi ilə bağlı yenə də müzakirələr gedir.
Bu barədə iqtisadçı alim Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, dünən hərracda kommersiya banklarının yarım milyard dollarlıq sifarişi olubsa və yalnız onun 10 faizi ödənilibsə, deməli ən azı banklar istədikləri pulu alanadək manat ucuzlaşmalıdır. Yəni, hətta Mərkəzi Bankın indiki mövcud müdaxilə səviyyəsində də dolların manata nisbətən bahalaşmasının qarşısını almaq mümkün deyil. Çünki bunu bazar tələb edir. Dollara bankların tələbi varsa, deməli onlar manatlarını satıb xarici valyuta almaq istəyirlər.

“Xarici valyutaya olan mövcud tələb heç bir halda manatın möhkəmlənməsinə zəmin yaratmır. Yaxud Mərkəzi Bank rezervlərini bazara çıxarıb dollara olan tələbi ödəməlidir ki, manata təzyiq azalsın. Baş bank hələlik ehtiyatlarını qorumağa çalışdığı üçün mövcud şərtlər manatın dollara qarşı dəyər itirməsini diqtə edir”, – iqtisadçı bildirib.








