Azərbaycanda uşaqların ümumi əhali içərisində xüsusi çəkisi son 20 ildə nəzərəçarpacaq dərəcədə azalıb.
Banker.az xəbər verir ki, 2006-cı ilin əvvəlində 0–17 yaşlı uşaqlar ölkə əhalisinin 31,8%-ni təşkil edirdi. Başqa sözlə, əhalinin təxminən hər üç nəfərindən biri uşaq idi.
2026-cı ilin əvvəlində isə uşaqların əhalidə payı 24,6%-ə düşüb. Bu isə təxminən hər dörd nəfərdən birinə bərabərdir.
20 il ərzində uşaqların ümumi əhalidə payı 7,2 faiz bəndi azalıb.
Mütləq say da aşağı düşüb. 2006-cı ildə ölkədə 2 milyon 719,1 min 0–17 yaşlı olduğu halda, 2026-cı ildə bu rəqəm 2 milyon 521,1 min nəfər olub.
Eyni zamanda yaşlı əhalinin sürətli artması Azərbaycanın əhali strukturunun tədricən daha yaşlı demoqrafik modelə keçdiyini göstərir.






