2024-cü ildə Azərbaycanın Mərkəzi Asiya ölkələrinə – Qazaxıstan, Özbəkistan və Qırğızıstan – yönəltdiyi birbaşa investisiyaların həcmi 129.87 mln. manat olduğu halda, 2025-ci ildə bu göstərici 135.88 mln. manata yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat verir.
Beləliklə, illik artım təxminən 4.6% təşkil edib.
Struktur baxımından ən böyük pay Özbəkistanın payına düşür. Bu ölkəyə yönəldilən investisiyalar 93.11 mln. manatdan 114.87 mln. manata yüksələrək 23.4% artıb. Əksinə, Qırğızıstana yatırımlar 27.13 mln. manatdan 12.87 mln. manata enərək 52.6% azalıb. Qazaxıstana yönələn investisiyalar isə 9.63 mln. manatdan 8.14 mln. manata düşərək 15.5% azalma göstərib.
2024-cü ildə Mərkəzi Asiya ölkələrindən Azərbaycana cəmi 21.21 mln. manat həcmində birbaşa investisiya daxil olduğu halda, 2025-ci ildə bu göstərici 42.44 mln. manata yüksəlib. İllik artım təxminən 100.1% təşkil edib.
Artım əsasən Qazaxıstan və Qırğızıstandan daxil olan investisiyaların artması ilə bağlıdır. Qazaxıstan üzrə investisiyalar 14.80 mln. manatdan 29.41 mln. manata yüksələrək 98.7% artıb. Qırğızıstan üzrə isə bu göstərici 6.41 mln. manatdan 13.03 mln. manata çataraq 103.4% artım nümayiş etdirib.





