“The Economist”: İrandakı müharibə ABŞ-ın hərbi hazırlığını sınağa çəkir

ABŞ-ın İranda başlatdığı müharibə ölkənin hərbi qüvvələrini ciddi şəkildə yükləyib və Asiyada mümkün qarşıdurmalar üçün hazırlığını zəiflədə bilər.

Banker.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı yazır.

Jurnalın yazdığına görə, müharibənin ilk 16 günündə Amerika təxminən 11,000 müxtəlif sursat istifadə edib. Tədqiqatçılar Jahara Matisek, Morgan Bazilian və Macdonald Amoah bildirirlər ki, “Epic Fury əməliyyatı müasir tarixdə ən intensiv açılış hava kampaniyasıdır və 2011-ci ildə NATO-nun Liviya bombardmanının ilk üç gününü üstələyir.”

“Epic Fury” ABŞ prezidenti tərəfindən istifadə edilir və “Epik qəzəb” deməkdir.

Pentaqon hesab edir ki, müharibənin ikinci həftəsində İranda istifadə olunan sursatların 99%-i JDAM tipindən olub. “Bizdə demək olar ki, limitsiz ehtiyat var,” – deyə müharibə naziri Pete Hegset bildirib.

“The Economist” qeyd edir ki, müharibənin ilk günlərində ABŞ 300-dən çox Tomahawk raketi, 140 Patriot PAC-3 MSE və 150 THAAD raketlərini atıb. Sursat ehtiyatlarının yenilənməsi isə illərlə çəkəcək. “Problem daha çox qıtlıqla bağlıdır, maliyyə ilə deyil,” – deyə məqalədə vurğulanır.

Həmçinin qəzet bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələri uzunmüddətli gəmiyə yerləşdirmələrdən əziyyət çəkir. USS Gerald R. Ford artıq 270 gündür dənizdədir və apreldə Vyetnam müharibəsindən bəri ən uzun xidmət rekordunu qıracaq. Sabiq Pentaqon rəsmiləri bu vəziyyəti “aylarla 200 mil sürətlə maşın sürmək, amma yağ dəyişimi olmadan” kimi təsvir edir.

Məqalədə həmçinin müsbət tərəflər də qeyd olunur. Sabiq Pentaqon rəsmisi Mike Horoviz bildirir ki, ucuz yeni silahlar, döyüş təcrübəsi və müasir süni intellekt (AI) dəstəyi ABŞ-ın hərbi üstünlüyünü artırır. Lakin ekspertlər xəbərdarlıq edir ki, “bu üstünlüklər uzunmüddətli maliyyətləri üstələməyə bilər” və Çin ABŞ taktikasını öyrənərək gələcəkdə Tayvana qarşı istifadə edə bilər.

CSIS-dən Tom Karako isə vurğulayır: “Son sursat istifadəsi və raket müdafiəsi qabiliyyətinin zəifləməsi bu onillikdə Sakit Okeandakı hücumdan çəkindirməsini zəiflədə bilər.”

Son xəbərlər
Digər xəbərlər