Dubayda hotel qiymətləri 70% ucuzlaşıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri Dubaya turist axını dayanmır, lakin Yaxın Şərqdəki münaqişə fonunda hotel qiymətləri 70% enib.

Bu barədə daşınmaz əmlak üzrə mütəxəssis İrina Komarovskaya “Vesti”yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, hazırda Dubayda Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən əvvəl olduğu qədər turist yoxdur, lakin mehmanxanalar və restoranlar adi rejimdə fəaliyyətini davam etdirir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər