Tehran islam ölkələri və qonşuları ilə münaqişəyə can atmır.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“İslam ölkələrinə və əziz qonşularımıza müraciət edirəm: siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə can atmırıq”, – M.Pezeşkian qeyd edib.
O, həmçinin bəyan edib ki, Yaxın Şərq dövlətləri arasındakı ixtilaflardan yalnız İsrail qazanacaq.





