Tramp: İranla razılaşma əldə etməkdə maraqlı deyiləm

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməkdə maraqlı olmadığını bildirib.

Bu barədə o, “Truth Social” hesabında yazıb.

“Onların rəhbərliyi artıq yoxdur, hərbi-dəniz və hava qüvvələri məhv edilib, demək olar ki, müdafiələri qalmayıb və indi razılaşma istəyirlər. Mən isə istəmirəm”, – deyə Tramp qeyd edib.

ABŞ lideri həmçinin bildirib ki, Vaşinqton İrana qarşı məqsədlərinə nail olub:

“ABŞ İranı yerlə-yeksan edib və buna baxmayaraq, bəzi analitiklər mənim məqsədlərimə çatmadığımı deyir. Bəli, mən buna nail oldum və hətta planlaşdırılandan daha tez”, – deyə o vurğulayıb.

Tramp əlavə edib ki, bəzi media orqanları, o cümlədən “The New York Times“ onun siyasətini düzgün qiymətləndirmir və tez-tez yanılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər