ABŞ-nin Asiyadakı müttəfiqləri Vaşinqtona etimadın azalması fonunda İrana qarşı hərbi əməliyyatını dəstəkləməyə hazır deyillər.
Banker.az xəbər verir ki, bu barədə “The American Conservative” jurnalının məqaləsində deyilir.
Qeyd olunub ki, ABŞ-nin daha fəal iştiraka, o cümlədən Hörmüz boğazında gəmilərin müşayiəti, minaların təmizlənməsi və digər dəniz missiyalarına dair çağırışlarına baxmayaraq, Yaponiya və Koreya Respublikası təmkinlilik nümayiş etdirir.
Nəşrdə vurğulanır ki, ehtiyatlılığın səbəbləri təkcə İran ətrafındakı münaqişənin özü ilə deyil, həm də Amerika rəhbərliyinə etimad səviyyəsinin dəyişməsi ilə bağlıdır.







