İspaniya ABŞ və İsrail təyyarələri üçün öz hava məkanını bağlayıb

İspaniya öz hava məkanını ABŞ və İsrailin İrana qarşı əməliyyatlarında iştirak edən təyyarələr üçün bağlayıb.

Madrid əməliyyatda iştirak edən qırıcı və yanacaqdoldurma təyyarələri üçün “Rota” (Kadis əyaləti) və “Moron-de-la-Frontera” (Sevilya) aviabazalarından istifadəni qadağan edib.

Bundan başqa, məhdudiyyətlər üçüncü ölkələrdəki, o cümlədən Böyük Britaniya və Fransadakı ABŞ təyyarələrinə də şamil edilir. Bu təyyarələrə də İspaniyanın hava məkanından keçmək qadağan edilib.

Lakin fövqəladə hallarda onların uçuşuna və ya enişinə icazə verilə bilər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər