7 C
Baku
Thursday, December 12, 2024

Ümumi və protokol şöbəsində İdarə Heyətinin katibi- DəmirBank ASC

“DəmirBank” ASC Ümumi və protokol şöbəsində İdarə Heyətinin katibi vəzifəsinə işəqəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• İdarə Heyətinin iclas gündəliyində olan məsələlərə aid sturktur bölmələrinin rəhbərlərindən arayış və hesabatları toplamaq və İdarə Heyətinə təqdim etmək;
• İdarə Heyətinin iclaslarını təşkil etmək;
• İdarə Heyətinin iclası zamanı protokollarıı tərtib etmək, iclasın sonunadək yekunlaşdırmaq və İdarə Heyətinin üzvləri tərəfindən imzalanmasını təmin etmək;
• İmzalanmış protokolları skan edib icra üçün aidiyyəti struktur bölmələrə göndərmək;
• İdarə Heyətinin protokolları üzrə elektron məlumat bazasını aparmaq;
• İdarə Heyətinin rüblük və illik iş planının İH köməkçilərilə birlikdə tərtib etmək;
• İdarə Heyətinin sənədlərini arxivə təhvil vermək;
• İdarə Heyətinin qərarlarının reyestrini aparmaq, qərar və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etmək və icra vəziyyəti barədə məruzə etmək;
• Departament, filial və şöbələrdən Bankın rəhbərliyi tərəfindən tapşırıqların icrası ilə əlaqədar məlumat toplamaq;
• İdarə Heyətinə təqdim edilməsi üçün Departament, filial və şöbələrdən arayışların tələb etmək;
• Göstərişlərin icrası barədə Bankın rəhbərliyinə hesabatları təqdim etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsinə malik olmaq;
• Mobil, dinamik, operativ, dəqiq və müstəqil olaraq layihələri, tapşırıqları icra etmək bacarığına sahib olmaq;
• Ofis proqramları və elektron poçt sistemi (e-mail) ilə yüksək səviyyədə işləmək bacarığına sahib olmaq;
• Sürətli yazı qabiliyyətinə malik olmaq;
• Azərbaycan və rus dillərində tam sərbəst və azərbaycan dilində mükəmməl yazı qabiliyyətinə malik olmaq (İngilis dilini bilmək əlavə üstünlükdür).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyul 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ümumi və protokol şöbəsində İdarə Heyətinin katibi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər