Aİ ölkələri keçən Azərbaycan iqtisadiyyatına 1.44 mlrd. $ investisiya yatırıb

2025-ci ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana daxil olan birbaşa investisiyaların həcmi 1 mlrd. 442.63 mln. manat təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2024-cü ildə bu göstərici 2,094.03 mln. manat olub və beləliklə illik müqayisədə 31.1% azalma qeydə alınıb.

Azalma əsasən Macarıstan və Almaniyadan investisiyaların kəskin azalması ilə əlaqəlidir. Macarıstan üzrə investisiyalar 1 mlrd. 18.65 mln. manatdan 366.44 mln. manata enərək 64.0% azalıb, Almaniya üzrə isə 75.30 mln. manatdan 26.33 mln. manata düşərək 65.0% azalma göstərib.

Aİ ölklələrindən Azərbaycan iqtisadiyyatına birbaşa investisiya, mln. $

Ölkə 2024-cü il 2025-ci il
Almaniya 75.3 26.33
Avstriya 50.36 23.78
Estoniya 0.12 14.99
Finlandiya 2.62 30.36
Fransa 121.91 134.32
İsveç 3.86 33.09
İtaliya 6.8 21.96
Latviya 24.41 6.95
Lüksemburq 26.03 10.11
Macarıstan 1,018.65 366.44
Niderland 43.21 33.37

 

Eyni dövrdə Azərbaycan Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 316.50 mln. manat təşkil edib. 2024-cü ildə bu göstərici 245.98 mln. manat olub, yəni illik artım 28.7% səviyyəsində qeydə alınıb.

Artım əsasən İtaliya və Almaniyaya yatırımların artması ilə bağlı olub. Belə ki, İtaliyaya investisiyalar 72.38 mln. manatdan 125.12 mln. manata yüksələrək 72.9% artıb, Almaniyaya yönələn investisiyalar isə 22.94 mln. manatdan 61.73 mln. manata çataraq 169.1% artım göstərib.

 

Son xəbərlər
Digər xəbərlər