49 tibb müəssisəsində əsaslı təmir işləri görüləcək – 2.5 milyon manatlıq müqavilə

“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən 49 tibb müəssisəsində əsaslı təmir işlərinin satın alınması həyata keçirilib.

Banker.az xəbər verir ki, layihə çərçivəsində tibb müəssisələrinin rentgen və flüoqrafiya otaqları, həkim idarəetmə və köməkçi sahələri yenidən qurulacaq.

Keçirilmiş satınalma müsabiqəsinin nəticələrinə əsasən, qalib şirkət “AZDEV Engineering Construction” MMC olub. Müqavilənin dəyəri 2 498 930 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər